Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya, sosial müavinət və təqaüdlərin nağdsız həyata keçirilməsi üçün bank xidmətlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
"APA-Economics" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, DSMF aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması üzrə tenderin qalibi Kapital Bank ASC seçilib.
DSMF 2023-cü ilin iyul ayının sonuna kimi dövrü əhatə edən müqavilə üzrə "Kapital Bank"la 8,9 milyon manatlıq müqavilə imzalayıb.
Xatırladaq ki, "Kapital Bank" bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun 11 milyon manatlıq bank xidmətləri üzrə tenderinin qalibi olub.