Bank Of Baku

DSX-nın hərbi qulluqçularının maaşları yeni redaksiyada təsdiqlənib

DSX-nın hərbi qulluqçularının maaşları yeni redaksiyada təsdiqlənib
# 26 yanvar 2024 10:57 (UTC +04:00)

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR