Fevralın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,78% – 34,312.03 bəndədək, Nasdaq indeksi 2,88% – 13,716.72 bəndədək, S&P 500 indeksi isə 2,12% – 4,380.26 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 17-də FTSE 100 indeksi 0,35% – 7,537.37 bəndədək, Almaniyanın DAX indeksi 0,67% – 15,267.63 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,26% – 6,946.82 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1.1363 dollar təşkil edib.