Bank Of Baku

Dünyada ilk dəfə "vəhşi təbiət" istiqrazları buraxılıb

Dünyada ilk dəfə "vəhşi təbiət" istiqrazları buraxılıb
# 24 mart 2022 11:27 (UTC +04:00)

Dünya Bankı vəhşi təbiətin qorunması məqsədilə dünya tarixində ilk dəfə istiqraz emissiyası həyata keçirib.

"APA-Economics"in maliyyə təşkilatına istinadən verdiyi məlumata görə, Dünya Bankı tədavül müddəti 5 il, nominal dəyəri isə 150 mln. ABŞ dolları olan "Rhino Bond" (rhino – kərgədan) istiqrazları yerləşdirib.

İstiqrazların investorlar üçün gəlirliyi isə 5 il ərzində iki Cənubi Afrikada yerləşən Fillərin Milli Parkı "Addo" və "Great Fish River Nature Reserve" qoruğunda qara kərgədan populyasiyasının artımından asılı olacaq.

Qeyd edilir ki, investorlar mümkün gəliri 40-dan çox ölkə tərəfindən dəstəklənən Qlobal Ətraf Mühit Fondu tərəfindən ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR