DVX xətti ilə büdcəyə daxilolmalar 15.3 mlrd. manatı ötüb

DVX xətti ilə büdcəyə daxilolmalar 15.3 mlrd. manatı ötüb
# 11 dekabr 2023 11:33 (UTC +04:00)

Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 15 mlrd. 337,7 mln. manat olub.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9 % artaraq 9 mlrd. 15,8 mln. manata çatıb", - deyə o qeyd edib.

"Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir", - deyə paylaşımda nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR