Bank Of Baku

E-ticarətdə qlobal satışlar pandemiyadan əvvəlki dövrlə müqayisədə kəskin artıb

E-ticarətdə qlobal satışlar pandemiyadan əvvəlki dövrlə müqayisədə kəskin artıb
# 11 fevral 2022 10:09 (UTC +04:00)

Bu ilin yanvar ayında e-ticarət sahəsində qlobal satışlar 2019-cu ilin yanvarı ilə (pandemiyadan əvvəlki dövr) müqayisədə 2,1 dəfə artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Mastercard"ın "SpendingPulse" hesabatında deyilir.

Məlumata görə, ötən ay göstərici 110,1% artıb. Eyni zamanda, ötən illə müqayisədə elektron ticarət sahəsində satışlar 10,4% artıb.

Yanvarda ABŞ-da pərakəndə satışlar illik müqayisədə 7,2%, onlayn satışlar isə 10,4% artıb.

Maraqlıdır ki, restoran satışlarında 2021-ci illə müqayisədə 36,7%, zərgərlik məmulatları istisna olmaqla lüks məhsulların satışında 45,3%, geyimdə isə 37,6% artım olub.

Ticarət mərkəzlərində satışlar alıcıların fəallığının bərpası fonunda artıb.

"Mastercard" bildirir ki, müxtəlif sektorlarda güclü satış artımı cari il üçün nikbinlik və inamı əks etdirir.

Xatırladaq ki, "Mastercard SpendingPulse" dünya üzrə bütün ödəniş növləri üçün pərakəndə satış məlumatlarını təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR