Bank Of Baku

Əhali ilin əvvəlindən ərzaq məhsullarına 3,4 mlrd. manat xərcləyib

Əhali ilin əvvəlindən ərzaq məhsullarına 3,4 mlrd. manat xərcləyib
# 14 mart 2022 12:15 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 mlrd. manatlıq, o cümlədən 3,9 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,1 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb. Təkcə ərzaq məhsullarına əhali tərəfindən 3,4 mlrd. manatdan çox vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6%, qeyri-ərzaq malları üzrə 3,5% artıb.

2022-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,4%-i ərzaq məhsullarının, 6%-i içkilər və tütün məmulatlarının, 15,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2%-i avtomobil benzini və dizel yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR