Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin artım trendi mart ayında da davam edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hesabat ayında bankların əmanət portfeli 3.4% (331 mln. manat) artaraq 10,200.8 mln. manat təşkil edib. Əmanət portfelinin 53.9%-i (5,501.6 mln. manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə mart ayında ötən ilin müvafiq dövrünə nəzərən 8 faiz bəndi azalaraq 42.3% təşkil edib.