“Mercer” beynəlxalq konsaltinq şirkəti Monaş Universitetinin Melburn Maliyyə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə birgə dünyanın pensiya sistemlərinin növbəti reytinqini (“Melbourne Mercer Global Pension Index” – MMGPI-2019) tərtib ediblər.
“APA-Economics”in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, tədqiqatçılar dünya əhalisinin təxminən 63%-nin yaşadığı 37 fərqli ölkənin pensiya sistemlərini araşdırıb və nəticədə siyahı tərtib ediblər (2009-cu ildə reytinqin ilk buraxılışında cəmi 11 ölkə təhlil olunub).
Siyahıda yer almış ölkələrin pensiya sistemləri dörd əsas qrupa bölünüb – A-dan (birinci dərəcəli və etibarlı, fayda gətirən, sabit, davamlı və s.) D-dək (sistemdə ciddi çatışmazlıqlar mövcuddur ki, onları aradan qaldırmaq gərəkdir).
Ən yaxşı pensiya sistemi olan ölkələrin reytinqi:
# |
Ölkə |
2019-cu ildəki bal |
Qrup |
2018-ci ildəki bal |
1 |
Niderland |
81,0 |
A |
80,3 |
2 |
Danimarka |
80,3 |
A |
80,2 |
3 |
Avstraliya |
75,3 |
B+ |
72,6 |
4 |
Finlandiya |
73,6 |
B |
74,5 |
5 |
İsveç |
72,3 |
B |
72,5 |
6 |
Norveç |
71,2 |
B |
71,5 |
7 |
Sinqapur |
70,8 |
B |
70,4 |
8 |
Yeni Zelandiya |
70,1 |
B |
68,5 |
9 |
Kanada |
69,2 |
B |
68,0 |
10 |
Çili |
68,7 |
B |
69,3 |
11 |
İrlandiya |
67,3 |
B |
66,8 |
12 |
İsveçrə |
66,7 |
B |
67,6 |
13 |
Almaniya |
66,1 |
B |
66,8 |
14 |
Böyük Britaniya |
64,4 |
C+ |
62,5 |
15 |
Honkonq |
61,9 |
C+ |
56,0 |
16 |
ABŞ |
60,6 |
C+ |
58,8 |
17 |
Malayziya |
60,6 |
C+ |
58,5 |
18 |
Fransa |
60,2 |
C+ |
60,7 |
19 |
Peru |
58,5 |
C |
62,4 |
20 |
Kolumbiya |
58,4 |
C |
62,6 |