Fərid Osmanov: Açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq

Fərid Osmanov: Açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq
# 30 noyabr 2023 15:51 (UTC +04:00)

Açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq.

APA-Economics” xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammiti çərçivəsində keçirilən "Açıq Bankçılıq və API Qaydaları: Təhlükəsiz Məlumat Paylaşımını və Ödəniş İnnovasiyasını təmin etmək" adlı paneldə deyib. O bildirib ki, hazırda Azərbaycanda açıq bankçılıq mövcuddur və bunun hüquqi fundamenti var: "Açıq bankçılıq" anlayışını tətbiq etməklə maliyyə qurumları bank tərəfdaşları və üçüncü tərəflərlə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərmək üçün ekosistemlərini genişləndirə bilərlər. Eyni zamanda müştəri davranış qaydalarını izləyib, təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirə bilərlər".

F. Osmanov əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti ildən başlayaraq açıq bankçılığı daha çox təşviq etməyə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR