01 dekabr 2023-cü il tarixində, saat 12:00-da “Finex Kredit” BOKT ASC-nin səhmdarların Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, Ümumi Yığıncaqda nizamnaməyə dəyişiklik, Müşahidə Şurasının tərkibində dəyişiklik və Müşahidə Şurasının formalaşdırılması, əvvəliki dövr üçün Səhmdarların Ümumi Yığıncağıının və Müşahidə Şurasının protokollarının bəyənilməsi barədə, İdarə Heyətinin formalaşdırılması və digər məsələlələr müzakirə ediləcək.
Qeyd edək ki, Növbədənkənar Ümumi Yığıncaq Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin Baş ofisində keçiriləcək.