Bank Of Baku

Fitch: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9,25%-ə çatdıracaq - EKSKLÜZİV

Fitch: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9,25%-ə çatdıracaq - EKSKLÜZİV
# 14 iyul 2023 17:01 (UTC +04:00)

"Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu yeniləyib.

"APA-Economics" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9,25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin aprel proqnozu ilə eynidir.

Agentlik əvvəlki hesabatında bildirmişdi ki, inflyasiyaya təsir edən qiymət təzyiqləri tədricən azalacaq, lakin pandemiyadan əvvəlki 2,5-3,0% səviyyəsindən yüksək olaraq qalacaq.

“Fitch Solutions” həmçinin, manatın məzənnəsinin 2023-cü ildə sabit qalacağını müəyyən edib.

Qeyd edək ki, hazırda AMB-nin uçot faiz dərəcəsi 9.0%, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10.0% təşkil edir. AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını iyulun 26-da açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR