Bank Of Baku

Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 mlrd. dollara çatacaq

“Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales

© APA | “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales

# 06 oktyabr 2026 09:57 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Bank və Dövlət Neft Fondunun aktivləri daxil olmaqla, suveren xarici aktivlərinin ümumi həcminin bu il təxminən 91 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.

“APA-Economics” xəbər verir ki, bunu “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın suveren xalis xarici aktivlərinin ÜDM-ə nisbəti təxminən 73% olacaq.

Morales bildirib ki, hazırda Azərbaycanın dövlət borcu ÜDM-in 20%-dən aşağıdır.

O qeyd edib ki, “BBB” reytinq kateqoriyasına daxil olan ölkələr üzrə dövlət borcunun median göstəricisi ÜDM-in 57%-ni təşkil edir.
“Azərbaycanın suveren xalis xarici aktiv mövqeyi digər müqayisə olunan ölkələrlə, o cümlədən eyni reytinq kateqoriyasındakı neft ixracatçıları ilə müqayisədə əhəmiyyətli dərəcədə güclüdür”, – Fitch rəsmisi vurğulayıb.

Morales əlavə edib ki, hazırkı yüksək neft qiymətləri Azərbaycanın xarici aktivlərinin artmaqda davam etməsinə şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR