Fitch: Bu il region üzrə müsbət proqnozun davamlı olduğu iki ölkədən biri Azərbaycan olub

Fitch: Bu il region üzrə müsbət proqnozun davamlı olduğu iki ölkədən biri Azərbaycan olub
# 06 dekabr 2023 11:22 (UTC +04:00)

2023-cü ildə inkişaf etməkdə olan Avropa ölkələri arasında reytinq üzrə müsbət proqnozun davamlı olduğu iki ölkədən biri Azərbaycan olub.

"APA-Economics" xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyindən bildirilib. “Fitch" qeyd edib ki, inkişaf etməkdə olan Orta və Şərqi Avropa ölkələrində (CCE) yüksək risklərə baxmayaraq iqtisadi fəaliyyət müsbətə doğru dəyişməkdə davam edir.

Regionun ümumilikdə reytinqi müsbətdir. 6 ölkənin kredit reytinqi müsbət, 3 ölkənin reytinqi isə mənfi qiymətləndirilib, bir ölkə üzrə isə qiymətləndirmə olmayıb. Bildirilib ki, mənfi proqnoz əsasən Mərkəzi və Şərqi Avropa ölkələrinə aiddir:"Belə ki, Çexiya və Slovakiyada 2022-ci ildən enerji böhranın yaratdığı risklər dövlət maliyyə təzyiqinə çevrilib. Macarıstanın reytinqi siyasət etibarlılığı ilə bağlı narahatlıqları əks etdirir. Şimali Makedoniya, Rumıniya və Türkiyə üzrə proqnozlar 2023-cü ildə “Mənfi”dən “Stabil”ə dəyişdirilib".

""Müsbət" proqnoz daha geniş əhatə dairəsinə sahib olub. 2022-ci ilin sonundan isə yalnız iki ölkədə davamlı olub. Bunlardan biri Bolqarıstan, digəri isə Azərbaycandır. Bolqarıstan Aİ-yə üzv olmaq istiqamətində irəliləyiş sayəsində müsbət perspektivi saxlayıb. Azərbaycanda müsbət proqnoz daha yüksək enerji gəlirlərinin balansa təsirini əks etdirir. Bu eyni zamanda Türkmənistana da aiddir" - “Fitch Ratings”in açıqlamasında qeyd edilib.

Qeyd edək ki,“Fitch Ratings” bu ilin sentyabrın 16-da Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR