Paşha Bank
Bank Of Baku

"Fitch"in baş direktoru: Azərbaycanın reytinqini güclü suveren balansı və aşağı dövlət borcu dəstəkləyir

“Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales

© APA | “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales

# 06 oktyabr 2026 09:51 (UTC +04:00)

Azərbaycanın suveren reytinqini dəstəkləyən əsas amillərdən biri hökumətin digər oxşar reytinqli ölkələrlə və neft ixracatçıları ilə müqayisədə çox güclü balans mövqeyidir.

“APA-Economics” xəbər verir ki, bunu “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.

O qeyd edib ki, Azərbaycanın xarici maliyyə mövqeyi də reytinq baxımından mühüm üstünlükdür.

“Dövlətin həm Azərbaycan Mərkəzi Bankında, həm də Dövlət Neft Fondunda aktivlər toplaması nəticəsində xarici maliyyə göstəriciləri bir sıra meyarlar üzrə neft ixrac edən ölkə üçün olduqca əlverişlidir. Buna görə xarici maliyyə göstəricilərinə bir pilləlik müsbət düzəliş tətbiq edirik”, – Morales bildirib.

Onun sözlərinə görə, aşağı dövlət borcu və maliyyələşmə çevikliyi də Azərbaycanın dövlət maliyyəsi baxımından əlavə keyfiyyət üstünlüyüdür.

Bununla yanaşı, “Fitch” Azərbaycanın kredit profilində müəyyən struktur məhdudiyyətlərin qaldığını hesab edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR