Bank Of Baku

Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 16,8 faiz olacaq

Gələn il müdafiə  və  milli  təhlükəsizlik  üzrə  xərclərin büdcədə xüsusi çəkisi 16,8 faiz olacaq
# 17 sentyabr 2024 21:01 (UTC +04:00)

Azərbaycanda 2025-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə xərclərə ayrılması proqnozlaşdırılan vəsait açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,658.3 milyon manat ayrılması proqnozlaşdırılır ki, bunun da 2025-ci il dövlət büdcəsinin xərcləri hissəsində xüsusi çəkisi 16,8 faiz təşkil edəcək.

Büdcədən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3,207.7 milyon manat ayrılması proqnozlaşdırılır ki, bunun da büdcə xərclərində xüsusi çəkisi 8,1 faiz olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR