2023-ci ilin yanvar-iyun aylarında gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 3 milyard 75 milyon 366 min manata çatıb.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 768 milyon 744.1 min manat (ötən ilin eyni dövrünə nisbətən 20.4% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2 milyard 188,168 milyon manat (21.4% çox), aksizlər üzrə daxilolmalar 97,361 milyon manat (39.3% çox), yol vergisi üzrə daxilolmalar isə 23,092 milyon manat (19.5 % az) təşkil edib.