Bu ilin yanvar-avqust ayları ərzində sahibkarların 1732 investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit mexanizmi çərçivəsində 72,1 mln. manat güzəştli kredit verilib".
APA-Economics"in Sahibkarlığın İnkişafı Fondunun hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə layihələrin sayı 2,5%, kreditləşmənin həcmi isə 49% artıb.
Qeyd edək ki, 2021-ci ilin ilk səkkiz aylarında 945 layihənin maliyyələşdirilməsinə 48,4 mln. manat kredit vəsait ayrılıb.
Bu il verilən kreditlər hesabına 1690 yeni iş yerinin yaradılması nəzərdə tutulur.