Bank Of Baku

Hesab.az və AccessBank Hesab debet kartını təqdim ediblər

Hesab.az və AccessBank Hesab debet kartını təqdim ediblər
# 24 iyul 2023 14:02 (UTC +04:00)

Golden Pay/Hesab.az və AccessBank ödənişləri daha qazanclı və sərfəli etmək üçün Hesab kobrend debet kartını təqdim edir.

APA-Economics” xəbər verir ki, bu kart AccessBank-ın tərəfdaşı olduğu məkanlarda edilən ödənişlər zamanı 30%-dək kəşbək, Hesab.az platforması üzərindən edilən onlayn ödəmələr zamanı isə ikiqat koinlər qazandırır. Kartda həmçinin SMS bildiriş funksiyası da ödənişsizdir. Tezliklə kartda kredit imkanları da istifadəyə veriləcək.

Hesab debet kartı ödənişsizdir və ünvana çatdırılması da ödənişsiz həyata keçirilir.

Kartı Hesab.az mobil tətbiqindən və ya veb-saytın Hesab kart bölməsindən sifariş etmək olar: https://hesab.az/#/hesab-card-order

Hesab debet kartını həmçinin AccessBank filiallarına yaxınlaşaraq da sifariş etmək mümkündür. Kartı sifariş etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR