Hesablama Palatası: Dövlət Neft Fondunun aktivləri azalacaq

Hesablama Palatası: Dövlət Neft Fondunun aktivləri azalacaq
# 08 dekabr 2023 12:34 (UTC +04:00)

2023-cü ilin oktyabr ayının 1-nə Dövlət Neft Fondunun ( ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 6 482,8 mln. ABŞ dolları və ya 13,2% artaraq 55 516,4 mln. ABŞ dolları təşkil edib. Aktivlərin həcmində artıma əsas səbəb kimi xam neftin mədaxil qiymətinin proqnozdan çox olması, xərclərində isə Fond tərəfindən dövlət büdcəsinə ödənilən transfert həcminin proqnozda nəzərdə tutulmuş həcimdən az olması ilə əlaqədar olub.

APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.

Rəydə qeyd edilir ki, ARDNF tərəfindən təqdim edilmiş ilin sonuna gözlənilən icra məlumatlarına əsasən xərclərin tam həcimdə yerinə yetirilməsi şəraitində Fondun aktivlərinin təxminən 53 mlrd. ABŞ dolları ətrafında olması proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR