Bank Of Baku

HP ehtimal olunan qiymət və satınalmaların prinsiplərinə dair təkliflərini açıqlayıb

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

# 22 iyun 2023 15:44 (UTC +04:00)

Əgər ehtimal olunan qiymətdən yuxarı olanlar qəbul edilməyəcəksə, bunun adı ehtimal olunan qiymət yox, yuxarı tənzimlənən qiymət olur.

APA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Palata sədri bildirib ki, yeni layihədə ehtimal olunan qiymətdən yuxarı qiymət təklif olunarsa, ondan imtina edilməsi qeyd edilir:

“Beynəlxalq təcrübədə də var ki, ehtimal olunan dəyərin dəyərdən 5% yuxarı-aşağı olma ehtimalı var. Postsovet ölkələrində isə bu göstərici 20 %-dir. Artıq 20 %-dən yuxarı fərqlənmə o deməkdir ki, o, median qiymət deyil, şübhə doğura bilər”.

Palata sədri xatırladıb ki, Nazirlər Kabinetinin ehtimal olunan qiymətin hesablanması ilə bağlı 4 metodu var: “Açığı, o metodların işlək olmasıyla bağlı bizim şübhələrimiz var. Biz median qiymətə ən yuxarı hədd kimi baxmırıq”.

Vüqar Gülməmmədov dövlət satınalmalarının prinsipi ilə bağlı maddəyə əlavələr edilməsini də təklif edib: “Qanun layihəsində ilk dəfə olaraq, satınalmaların qənaətli, səmərəli, bərabərhüquqlu olması ilə bağlı prinsiplər təsbit olunur .Müzakirə zamanı biz Xidmətə bu təkliflərimizi vermişdik. Hüquq-mühafizə orqanlarına verilən materialların əksər hissəsi dövlət satınalmaları, büdcə ilə bağlı məsələlərdir. Ona görə də korrupsiyaya qarşı əməllərin aradan qaldırılması ilə bağlı da bir prinsip olmalıdır. İkincisi, satınalmanın əsaslılığı prinsipi əlavə edilə bilər. Qənaətlilik və səmərəlilik prinsipləri yalnız qiymət deyil, ehtiyacın doğru-düzgün müəyyən edilməsidir. İndiyə qədər biz satınalmalarda yolverilən pozuntuları qiymətlə bağlayırdıqsa, ehtiyacın müəyyən edilməsi ən vacib məsələdir. Səmərəlilik və qənaətlilik prinsipinin əsas qayəsi əsaslılıq prinsipinə dayanmalıdır. Üçüncü isə vaxtla bağlı olmalıdır. Satınalamaların vaxtında keçirilmədiyi Milli Məclisdə də tez-tez müzakirəyə çıxarılır. Digər məsələ idarəetmə qərarlarının vaxtında verilməsi və bunun maliyyələşmədən birbaşa asılı olmaması məsələsidir. IV rübdə 9 ayın həcmi qədər satınalmanın olmasına rast gəlirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR