HP: Növbəti il ARDNF-dən transfertin həcmi ən yüksək həddə çatacaq

HP: Növbəti il ARDNF-dən transfertin həcmi ən yüksək həddə çatacaq
# 08 dekabr 2023 15:07 (UTC +04:00)

2024-cü il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanun layihəsində 2024-cü il üzrə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 781 mln. manat səviyyəsində müəyyən edilib. Növbəti ildə transfertin həcminin illər üzrə ən yüksək həddə olması proqnozlaşdırılır.

APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.

Rəydə qeyd edilir ki, Fərman layihəsində 2024-cü ildə dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər 2022-ci ilin müvafiq icra göstəricisindən 4 858,0 mln. manat və ya 61,3% , həmçinin 2023-cü ilin müvafiq proqnoz və gözlənilən icra göstəricisindən 1 043,3 mln. manat və ya 8,9% çoxdur.

2023-cü ilin 9 ayı ərzində Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 550,0 mln. manat vəsait transfert edilmiş və bu xərc maddəsi illik büdcədə nəzərdə tutulana nisbətən (11 737,7 mln. manat) 30,2 faiz səviyyəsində icra edilmişdir. Hesabat dövründə dövlət büdcəsinə transfert 2022-ci ilin eyni dövrünə nisbətən 54,3% (və ya 6 542,0 mln. manat) az olmuşdur.

Təqdim edilmiş məlumatlara əsasən Fondun fəaliyyəti müddətində gəlirlərinin həcmi 192,7 mld. ABŞ dolları təşkil etmiş, xərcləri isə 137,2 mld. ABŞ dolları olmuşdur. Transfertin həcmi isə 120,3 mld. ABŞ dolları və ya ümumi xərclərin 87,7%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR