Bu ilin I rübündə Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə apardığı xarici ticarət dövriyyəsinin həcmi 5,625 mlrd. ABŞ dolları təşkil edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Yanvar-mart aylarında Azərbaycanın Aİ-yə ixracı illik müqayisədə 2,6 dəfə artaraq 5,167 mlrd. dollar, idxalı isə 5,4% azalaraq 457,437 mln. dollara bərabər olub.
Nəticədə, hesabat dövründə 4,710 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 3,2 dəfə çoxdur.