Bank Of Baku

I rübdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 29% artıb

I rübdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 29% artıb
# 18 aprel 2022 17:37 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1,443 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 29,1% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 961,074 mln. dollar, idxal isə 482,194 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 30%, idxal isə 27,3% artıb. İxracın yarısından çoxu təbii qazın payına düşüb.

Nəticədə, 2022-ci ilin yanvar-mart aylarında 478,880 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 32,8% çoxdur.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR