Bank Of Baku

IMF: Yaxın Şərqdə münaqişənin uzanması neftin qiymətini gələn il 130 dollara qədər yüksəldə bilər

IMF: Yaxın Şərqdə münaqişənin uzanması neftin qiymətini gələn il 130 dollara qədər yüksəldə bilər
# 12 noyabr 2026 12:19 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (IMF) Yaxın Şərqdə münaqişənin uzanacağı təqdirdə neftin bir barelinin qiymətinin 2027-ci ildə 130 dollara qədər yüksələ biləcəyini istisna etmir.

“APA-Economics” xəbər verir ki, bunu IMF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Cardarelli Fondun regional iqtisadi icmalının təqdimatında bildirib.

Onun sözlərinə görə, IMF-nin baza ssenarisi neftin orta qiymətinin 2026-cı ildə 96 dollar, 2027-ci ildə isə 86 dollar səviyyəsində olmasını nəzərdə tutur. Bu fərziyyə Yaxın Şərqdə münaqişənin səngiməsinə, Körfəz regionunda enerji istehsalı və ticarətin tədricən normallaşmasına əsaslanır.

Lakin alternativ ssenaridə münaqişənin uzanması və enerji təchizatında fasilələrin davam etməsi nəzərdə tutulur. Bu halda gündəlik neft hasilatı əlavə 4 milyon barel azala, qiymətlər isə 2027-ci ildə 130 dollara qədər yüksələ bilər.

Roberto Cardarelli qeyd edib ki, belə vəziyyət qlobal və regional iqtisadiyyata ümumilikdə mənfi təsir göstərəcək. Neft idxal edən ölkələr daha yüksək enerji xərcləri ilə üzləşəcək, inflyasiya isə baza ssenarisindən təxminən 1 faiz bəndi yüksək ola bilər.

IMF rəsmisi neft bazarı üçün əks istiqamətli riskin də mövcud olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-da süni intellekt sektorunda ciddi bazar korreksiyası baş verərsə, qlobal tələb zəifləyə bilər.

Fondun simulyasiyasına əsasən, belə vəziyyətdə neftin qiyməti baza ssenarisi ilə müqayisədə 30% aşağı düşə bilər.

Bu ssenaridə neft ixrac edən ölkələrin iqtisadi artımı mənfi təsirlənəcək, neft idxal edən ölkələr isə enerji qiymətlərinin azalmasından müəyyən fayda əldə edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR