Paşha Bank
Bank Of Baku

IMF-in region departamenti: Azərbaycan kimi ixracatçı ölkələr yüksək neft qiymətlərindən faydalanacaq

IMF-in region departamenti: Azərbaycan kimi ixracatçı ölkələr yüksək neft qiymətlərindən faydalanacaq
# 12 noyabr 2026 12:03 (UTC +04:00)

Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələri Yaxın Şərqdə müharibənin uzanması nəticəsində neft qiymətlərinin yüksəlməsindən faydalanacaqlar.

“APA-Economics” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Cardarelli Fondun regional iqtisadi icmalının təqdimatında bildirib.

Onun sözlərinə görə, IMF-in alternativ risk ssenarisində Yaxın Şərqdə müharibənin gözləniləndən daha uzun davam etməsi və neft hasilatında fasilələrin uzanması nəzərdə tutulur.

“Bu ssenaridə neft hasilatı gündəlik əlavə 4 milyon barel azalır. Hasilatın münaqişədən əvvəlki səviyyəyə qayıtması gecikir və neft qiymətləri yüksəlir”, – deyə Cardarelli qeyd edib.

IMF rəsmisi bildirib ki, bu ssenarinin regiona ümumi təsiri mənfi olsa da, Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələri üçün müsbət olacaq.

“Hasilatdakı fasilələr yalnız Körfəz regionunu, o cümlədən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələri, İranı və İraqı əhatə edir. Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçıları bu fasilələrdən təsirlənməyəcək və qiymət artımından faydalanacaqlar”, – deyə o vurğulayıb.

Cardarelli həmçinin qeyd edib ki, 2026-cı ilin birinci yarısında Azərbaycan və Qazaxıstanda neft ixracı ilə bağlı iqtisadi artım əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər zəifləsə də, ümumilikdə artım dayanıqlı qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR