Bank Of Baku

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7.25%-dək azaldacaq

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7.25%-dək azaldacaq
# 11 avqust 2023 18:24 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu açıqlayıb.

"APA-Economics" xəbər verir ki, ING-nin proqnozuna görə, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna kimi uçot faiz dərəcəsini 9.0%-dən 8.5%-dək azaldacaq.

ING hesab edir ki, AMB pul siyasətini 2024-2025-ci illərdə daha da yumşaldacaq. Korporasiyanın proqnozuna görə, 2024-cü ildə Mərkəzi Bank uçot dərəcəsini 8.25%-ə, 2025-ci ildə isə 7.25%-dək azaldacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR