ING Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

ING Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
# 15 aprel 2024 11:30 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, ING 2024-cü ilin ikinci rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,5%, üçüncü rüb üzrə 2,0% müəyyən edib. İlin son rübü üzrə isə proqnozunu 1,5%-ə endirib.

Ümumilikdə isə korporasiya Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,5%, 2025-ci ildə isə 2,7% müəyyən edib.

Qeyd edək ki, Dünya Bankı yenicə açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR