Bank Of Baku

“International" BOKT-un maliyyə vəziyyəti bəlli olub - Hesabat

“International" BOKT-un maliyyə vəziyyəti bəlli olub - Hesabat
# 22 iyun 2023 18:02 (UTC +04:00)

“International" bank olmayan kredit təşkilatı(BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “International" BOKT-un xalis mənfəəti 3.7 dəfə artaraq 1 milyon 530 min manat təşkil edib. 2021-ci ildə təşkilat 410.5 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilatın kredit portfeli 38.6% artaraq 24 milyon 602.1 min manata, faiz gəliri isə 42.4% artaraq 11 milyon 541.7 min manata bərabər olub. Bu dövrdə təşkilatın əməliyyat gəlirləri 7 miyon 958,5 min manat (illik müqayisədə 39.5% çox), əməliyyat xərcləri isə 5 milyon 985 min manat (illik müqayisədə 15% çox) təşkil edib. Beləliklə təşkilat 1 milyon 973.4 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 3.7 dəfə çoxdur.

2022-ci ildə təşkilatın cəmi aktivləri 45.3% və ya 9 milyon 21.8 min manat artaraq 28 milyon 961.4 min manata, cəmi öhdəlikləri isə 57.4% və ya 8 milyon 358.9 min manat artaraq 22 milyon 914,5 min manata yüksəlib. Öhdəliklərdə artım istiqraz vasitəsi ilə borc cəlb etməklə əlaqədardır.

Qeyd edək ki, təşkilatın cəmi aktivlərinin 85%-ni kredit portfeli (24.6 milyon manatı) təşkil edib.

2023-cü il yanvar ayının 1 -nə “International" BOKT-un cəmi kapitalı 6 milyon 46,9 min manat olub ki, bu da illik müqayisədə 662.8 min manat və ya 12.3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR