INTOSAI: Pandemiya son illər dövlət borclarının artmasına təsir edib

INTOSAI-nin Dövlət Borcu üzrə İşçi Qrupunun sədri, Filippin Ali Audit qurumunun rəhbəri Qamaliel Kordoba

© APA | INTOSAI-nin Dövlət Borcu üzrə İşçi Qrupunun sədri, Filippin Ali Audit qurumunun rəhbəri Qamaliel Kordoba

# 05 iyun 2024 11:26 (UTC +04:00)

Son illər qlobal səviyyədə dövlət borcları artmaqda davam edir. Buna təsir edən əsas amillərdən biri də pandemiya olub.

Bunu “APA-Economics”ə açıqlamasında INTOSAI-nin Dövlət Borcu üzrə İşçi Qrupunun sədri, Filippin Ali Audit qurumunun rəhbəri Qamaliel Kordoba deyib. O bildirib ki, hazırda hökumətlərin qarşısında duran əsas vəzifə dövlət borcunun düzgün istifadə edilməsidir. Ali audit qurumlarının bu baxımdan fəaliyyəti əhəmiyyətlidir.

O bildirib ki, INTOSAI-nin Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı da dövlət borcunun auditi ilə bağlı beynəlxalq maliyyə təşkilatları və dövlətlərin təcrübələrinin öyrənilməsi baxımından önəmlidir:

“INTOSAI-nin hər bir üzvü ən uğurlu təcrübələrini paylaşır. Bu isə digər ölkələrə dövlət borcunun doğru idarə edilməsində üst səviyyə təcrübələrdən yararlanmaq imkanı verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR