Bank Of Baku

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 14 mart 2022 11:52 (UTC +04:00)

EUR

Rusiya-Ukrayna müharibəsi fonunda avro və funt üzərində təzyiqlər artmaqda davam edir. Həmçinin çərşənbə günü keçirilən toplantısında FED-in faiz artımı ehtimalları da EUR-USD cütlüyündə eniş tendnesiyasının dərinləşməsinə səbəb olur. Məzənnə 1.09 həddi altında qalsa, 1.07 hədlərinə qədər ucuzlaşa bilər.

Bu həftə cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan dərc ediləcək sinflyasiya göstəriciləri və AMB sədri Kristin Laqartın açıqlamaları investorların diqqət mərkəzində olacaqdır.

GBP

Eyni texniki mənzərə GBP-USD məzənnəsində də müşahidə edilir. Lakin cümə axşamı günü keçirilən iclasdan sonra, İngiltərə Mərkəzi Bankının dekabr ayından bəri üçüncü dəfə faiz dərəcələrini artıracağı gözlənilir. Amma rəsmilərin 0.5%-lik artımdan daha çox 0.25%-lik artıma üstünlük verəcəyi düşünülür. Qərara əsasən məzənnədə ciddi dalğalanma müşahidə oluna bilər.

TRY

USD-TRY məzənnəsində lirənin zəiflədiyi müşahidə olunur. Məzənnə 14.87 həddi üzərinə yüksələ, 15.91 həddinə qədər bahalaşa bilər. Cümə axşamı diqqətlər TCMB-nin növbəti toplantısına yönələcək.

OIL

Rusiya-Ukrayna müharibəsi fonunda bahalaşan neft qiymətlərində hazırda korrektiv enişlər yaşansa da, eniş tendensiyası divergensiya ilə müşahidə olunur. Brent neftinin qiyməti 115$-ın üzərinə yüksəlsə, artım tendensiyası davam edə bilər. Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin artması ehtimalları Brent qiymətinin 93$-a enməsinə səbəb olub və korrektə 88$-a kimi dərinləşə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal risklər səbəbi ilə qızıla tələb yüksək olsa da, bu həftə FED-in faiz artımı ehtimalları fonunda qızılda enişlər müşahidə olunur. Qiymət 1 958$-ın altına düşsə, eniş tendensiyası 1 880$-a kimi davam edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR