"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avropa Mərkəzi Bankının iqtisadi hesabatının açıqlanmasından sonra EUR-USD məzənnəsi daha da ucuzlaşıb. Təhlillərə əsasən, ucuzlaşma 1.08$-a kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerikadan əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. Qeyri-kənd təsərrüfatı sahələrində məşğulların (NFP) sayında aprel ayında da sürpriz göstəricilər yayımlanarsa, dollar indeksi daha da yüksələ bilər.
GBP
Eyni texniki mənzərə funt sterlinqdə də müşahidə edilir. Dəstək görən dollar fonunda GBP-USD məzənnəsi yenidə ucuzlaşır və 1.31$-a çata bilər.
TRY
Foreksdə dolların bahalaşması, özünü USD-TRY məzənnəsində də göstərir. Bu, tendensiyanın 17TL-yə kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Cümə axşamı və cümə günü müvafiq olaraq saat 11:00-da Türkiyədən xarici ticarət dövriyyəsi və sənaye sektorunda biznes aktivliyi indeksi açıqlanacaqdır.
OIL
Enerji birjalarında təklifin artması ilə Brent 116$-a ucuzlaşıb və korreksiyadan sonra növbəti dəfə qırılması ucuzlaşmanın sürətlənməsinə səbəb ola bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in sərt monetar siyasətinə davam etməsi, qızılın da ucuzlaşmasına səbəb olur. 1938$-ın (62.3 $/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1922$-a (61.8 $/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.