Avro, funt və qızıl ucuzlaşmaqda
"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin qarışıq açıqlanması qeyri-müəyyənliyi artırmaqla yanaşı, dolların da müqavimətlə rastlaşmasına səbəb olur. Bu qısa müddət ərzində avroya olan tələbi artırsa da EUR-USD məzənnəsində ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Texniki təhlillərə əsasən, məzənnə 1.11$-ın altında qaldıqca 1.09$-a kimi ucuzlaşa bilər.
GBP
GBP-USD məzənnəsində də ucuzlaşmanın 1.31$-ın qırılması ilə 1.30$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
TRY
USD-TRY məzənnəsində 14-15TL aralığında üfüqi dalğalanma davam edir və növbəti istiqamət sözügedən səviyyələrdən birinin qırılması ilə müəyyən olunacaqdır. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya ilə bağlı göstəricilər də investorların diqqət mərkəzindədir.
OIL
Enerji birjalarında təklifin artması ilə Brent 106$-a ucuzlaşıb və trend 95$-a kimi davam edə bilər. Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in sərt monetar siyasətinə davam etməsi, qızılın da ucuzlaşmasına səbəb olur. 1 913$-ın (61.5$/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1 890$-a (60.8$/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.