"Bank Melli İran" Bakı filialı 2023-cü ilin II rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə artaraq 2 milyon 83 min manat təşkil edib. 2022-ci ilin ilk 6 ayında bankın xalis mənfəəti 805,7 min manata bərabər idi.
Hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 13.8% azalaraq 1 milyon 495.4 min manata, haqq və komissiya gəlirləri 46.5% azalaraq 46.7 min manata enib.
2023-cü ilin ilk 6 ayında bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə (müştərilərə verilmiş kreditləri) 24.6% və ya 2 milyon 331.6 min manat azalaraq 7 milyon 134,9 min manata, müştəri hesablarındakı vəsaitləri isə 83.3% və ya 7 milyon 414.6 min manat azalaraq 1 milyon 489.6 min manata bərabər olub.
Eyni dövrdə bankın nağd pul vəsaitləri 32.3% və ya 19 milyon 230,3 min manat azalaraq 40 milyon 268,9 min manat təşkil edib.
Bu dövrdə bank kiçilib. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında "Bank Melli İran" Bakı filialının cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 20.2% və ya 19 milyon 561.4 min manat azalaraq 77 milyon 59 min manat, cəmi öhdəlikləri isə 36.5% və ya 21 milyon 644.5 min manat azalaraq 37 milyon 690,3 min manat təşkil edib.
2023-cü ilin iyul ayının 1 -nə bankın cəmi kapitalı 39 milyon 368.7 min manat təşkil edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 5.6% çoxdur.