Ticarət tərəfdaşlarında inflyasiya, eləcə də idxal inflyasiyası ilə bağlı olaraq idxal olunan məhsulların qiymət indeksləri və daxili bazarda qiymətlərə təsiri araşdırılacaq.
APA xəbər verir ki, bu barədə İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun ilk iclasında bildirilib.
Qeyd edilib ki, inflyasiyanın artırıcı və azaldıcı faktorları və həyata keçirilən antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələləri geniş müzakirə olunub.