“İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı” yeni redaksiyada təsdiqlənib.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.
Nazirlər Kabineti bir ay müddətində ixracı və idxalı Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların siyahısı üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.