Bank Of Baku

"JPMorgan" Ukraynadakı mühəribə səbəbindən 1 mlrd. dollar itirə bilər

"JPMorgan" Ukraynadakı mühəribə səbəbindən 1 mlrd. dollar itirə bilər
# 04 aprel 2022 17:24 (UTC +04:00)

ABŞ-ın aktivlərinə görə ən iri bankı sayılan "JPMorgan" transmilli investisiya bankı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən təxminən 1 mlrd. ABŞ dolları itirə bilər.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə bankın CEO-su Ceymi Daymon bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə müharibəsi uzun çəkə bilər, lakin "JPMorgan" hətta 10 mlrd. dollar həcmində itkiyə məruz qalsa da yaxşı vəziyyətini qoruyub saxlaya bilər.

C. Daymon bankın Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən yaranan risklərə və şoklara məruz qalmasından narahat olmadığını bildirsə də, Ukraynadakı müharibənin qlobal iqtisadiyyatı yavaşlatacağını və onilliklər ərzində geosiyasətə təsir edəcəyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR