Bank Of Baku

Kamola Mahmudova: AYİB Azərbaycana indiyə kimi 3,6 mlrd. dollar kredit ayırıb

Kamola Mahmudova: AYİB Azərbaycana indiyə kimi 3,6 mlrd. dollar kredit ayırıb
# 07 fevral 2023 11:31 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı indiyə kimi Azərbaycana 157 layihə üzrə 3,6 milyard dollar kredit ayırıb.

"APA-Economics" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib. Bildirib ki, ayrılan kreditlərin 54%-i özəl sektorla bağlı olub.

K. Mahmudova qeyd edib ki, 2022-ci il AYİB üçün Azərbaycanda ilklər ili olub: "O cümlədən, dairəvi iqtisadiyyat və yaşıl iqtisadiyyatla bağlı bir sıra layihələr icra edilib. "IT Hub Azerbaijan" layihəsi isə Bakıdan kənarda Azərbaycanın regionlarında yeni iş fürsətləri yaradacaq və regionlara investisiya cəlbinə dəstək olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR