Bank Of Baku

“Kapital Bank” 2022-ci ilin I rübünün nəticələrini elan edib

“Kapital Bank” 2022-ci ilin I rübünün nəticələrini elan edib
# 19 aprel 2022 10:17 (UTC +04:00)

“Kapital Bank”ın aktivləri 1 aprel 2022-ci il tarixinə 6,9 mlrd. manat təşkil edib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə 2,9 mlrd. manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2022-ci il tarixinə 5,5 mlrd. manat olub.
Bankın 1 aprel 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 547 mln. manat, adi və imtiyazlı səhmlər isə 245 mln. manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR