Bank Of Baku

"Kapital Bank" daxili ipoteka kreditinin faizini endirib

"Kapital Bank" daxili ipoteka kreditinin faizini endirib
# 30 mart 2022 10:35 (UTC +04:00)

“Kapital Bank” evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq ev almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda ən sərfəli şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.

İpoteka kreditinin minimal məbləği 30 000, maksimal məbləği isə 500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir. Minimal ilkin ödəniş 30%, “Kapital Bank”ın partnyor şirkətlərində isə 20%-dir. Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan https://ipoteka.kapitalbank.az/ portalı vasitəsilə müraciət etməklə, həm rəsmi, həm də digər gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.

Eyni zamanda dövlət ipotekası kimi illik 8%-lə 10 il müddətə də ev sahibi olmaq mümkündür. Müştərilər ipoteka üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR