Bank Of Baku

"Kapital Bank" yeni filialını istifadəyə verib

"Kapital Bank" yeni filialını istifadəyə verib
# 29 oktyabr 2019 10:26 (UTC +04:00)

“Kapital Bank” yeni konsepsiyalı Ticarət filialını istifadəyə verib. Filial sahibkarların sıx yerləşdiyi, bir-biri ilə biznes əlaqələrinin daha sıx və sürətli aparıldığı Sədərək Ticarət Mərkəzində yerləşir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Ticarət filialında sahibkarlar keyfiyyətli xidmət müqabilində bütün ölkədaxili və ölkəxarici pul köçürmələri, cari hesabları üzrə mədaxil və məxaric əməliyyatları, əməkdaşlarına əmək haqlarının verilməsi, valyuta mübadiləsi, biznes və sahibkar kartlarının alınması, əmanətlərin qoyulması və digər ənənəvi bank məhsullarından yararlana biləcəklər. Bununla yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər, kredit, kredit xətləri və bu kimi digər məhsullar təqdim ediləcək.

Qeyd edək ki, Ticarət filialı “Kapital Bank”ın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 8-ci struktur bölməsidir. Bundan əlavə, cari il ərzində Bakı və region üzrə 6 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filiallar)  istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”ın hazırda 101 filialı və 13 şöbəsi fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR