"2024-cü ilin sonunda "Kapital Bank"ın xalis mənfətinin 180-190 milyon manat (BHMS üzrə isə 240 – 250 milyon manat) civarında olacağını gözləyirik".
"APA-Economics" xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, “2024-cü ilin 10 ayı ərzində 169 milyon 606 min manat (BHMS üzrə isə 206 milyon 729 min manat) xalis mənfəət əldə etmişik".
Emin Məmmədov əlavə edib ki, bankın kredit portfeli bu ilin ilk 10 ayında 5,4 mlrd. manat civarında olub. İlin sonuna bu rəqəm 5,5-5,6 mlrd. manat civarında gözlənilir. Həmçinin, cəmi öhdəliklər 7,2 mlrd. manat həcmində gözlənilir.