2023-cü ili 200 milyon manat xalis mənfəətlə bitirməyi planlaşdırırıq.
“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.
O bildirib ki, bank mənfəətinin 100 milyon manatlıq hissəsini müştərilərlə bölüşüb.
Bu ilin 11 ayında bankın kreditlərinin həcmi 4,1 mlrd. manata, cari hesab və depozit portfeli 6,6 mlrd. manata çatıb.