Bank Of Baku

Keçən il sümük iliyi transplantasiyası üçün 5 milyon manat xərclənib

Keçən il sümük iliyi transplantasiyası üçün 5 milyon manat xərclənib
# 27 may 2025 10:06 (UTC +04:00)

2024-cü ildə dövlət büdcəsinin “Səhiyyə” xərcləri bölməsindən sümük iliyi transplantasiyası əməliyyatının icra edilməsi məqsədilə 5 milyon manat ayrılıb.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Hesabatda qeyd edilib ki, 2024-cü ildə dövlət büdcəsinin “Səhiyyə” xərcləri bölməsindən sümük iliyi transplantasiyası əməliyyatının icra edilməsi məqsədilə 5 milyon manat, ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunan dərmanların və digər tibbi ləvazimatların dəyərinin ödənilməsi üçün 2,9 milyon manat vəsait ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR