Ləğv edilən "Naxçıvansığorta" Şirkətinin əməkdaşları işdən azad olunub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün ləğv edilən sığorta şirkətinin əməkdaşları dekabrın 8-dən etibarən işdən azad olunublar. Məlumata görə, onlara heç bir iş təklif olunmayıb.
Qeyd edək ki, "Naxçıvansığorta" Şirkətinin 30-da çox əməkdaşı var.
Xatırladaq ki, "Naxçıvansığorta" Şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" Şirkətinə ötürülür.
"APA-Economics"ə bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən "Atəşgah Sığorta"ya ötürülür.
APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.
Qeyd edək ki, "Naxçıvansığorta" Şirkətinin 100% səhmdarı "Naxçıvan Bank"dır.