Bank Of Baku

Ləğv edilmiş "Günay Bank"ın əmanətlərinin 83%-dən çoxu kompensasiya edilib

Ləğv edilmiş "Günay Bank"ın əmanətlərinin 83%-dən çoxu kompensasiya edilib
# 12 iyul 2023 11:26 (UTC +04:00)

Lisenziyası ləğv edilmiş "Günay Bank" ASC-nin qorunan əmanətçilərinə ödənilmiş kompensasiyaların məbləği açıqlanıb.

"APA-Economics" Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, iyulun 11-nə kimi bankın 1 810 əmanətçisinə 29 347 665 manat kompensasiya ödənilib.

Qeyd edək ki, "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir. Başqa sözlə, ümumi kompensasiya məbləğinin 83,5%-i artıq əmanətçilərə ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR