Əmanətlərin Sığortalanması Fondu iyunun 19-dan indiyə kimi ləğv prosesində olan "Günay Bank"ın kompensasiyalarının 50%-ni əmanətçilərə ödəyib.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev deyib.
O bildirib ki, indiyə qədər 850 nəfər əmanətçiyə 16 milyon 462 min manat sığortalı depozit qaytarılıb.