Bank Of Baku

Litva staqnasiya ilə üzləşə bilər

Litva Prezidenti Gitanas Nauseda

© APA | Litva Prezidenti Gitanas Nauseda

# 31 mart 2022 15:34 (UTC +04:00)

Litva iqtisadiyyatı durğunluqla üzləşə bilər və bu, ciddi zərbə olardı.

"APA-Economics" BNS-ə istinadən xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda bildirib.

"Ən pis ssenariyə görə, tənəzzül olmasa, iqtisadi durğunluq baş verə bilər ki, bu da kifayət qədər sürətli iqtisadi artıma adət etmiş Litvaya ciddi zərbə olacaq", - dövlət başçısı qeyd edib.

Litva Prezidentinin sözlərinə görə, iqtisadi vəziyyət sürətlə dəyişir və bu, həm də Ukrayna ətrafında baş verənlərlə bağlı qeyri-müəyyənlikdən asılı olacaq. Mövcud iqtisadi vəziyyət ciddidir və sürətli həll yolları tələb edir.

"Bu, çox ciddi vəziyyətdir və mən deyərdim ki, biz iqtisadi ədəbiyyatda staqflyasiya adlanan, iqtisadi artımın sürətlə aşağı düşdüyü və eyni zamanda inflyasiyanın kəskin şəkildə yüksəldiyi bir fenomenlə üzləşirik. Bu vəziyyət o mənada çox əlverişsizdir ki, bununla mübarizə aparmaq üçün reseptlər tapmaq çox çətindir. Ona görə də düşünürəm ki, biz inflyasiyanın təsirlərini yumşaltmaq üçün insanlara hansı tədbirləri təklif edəcəyimizdən artıq çox narahat olmalıyıq", - Nauseda əlavə edib.

Bu arada, Litvanın Maliyyə Nazirliyi hələ də 2022-ci ilin sonuna qədər ölkədə iqtisadi artımın davam edəcəyinə ümid edir. Nazirliyin məlumatın görə, bu il yenilənmiş proqnozlara görə, Litvada ÜDM istehsalı 1,6% artacaq.

Maliyyə Nazirliyinin əvvəlki dekabr proqnozu ÜDM-in 3,7% artımını nəzərdə tuturdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR