Bank Of Baku

Macar şirkətlərinə Qarabağın bərpasına 120 mln. dollar kredit ayrılıb

Macar şirkətlərinə Qarabağın bərpasına 120 mln. dollar kredit ayrılıb
# 04 fevral 2022 10:23 (UTC +04:00)

"Eksimbank" Macarıstan şirkətlərinə Qarabağın yenidən qurulmasında iştirak etmək üçün 120 mln. dollar həcmində kredit xətti ayırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Macarıstan XİN yanında Türk Dövlətləri Təşkilatına cavabdeh olan Culiya Popelix bildirib.

Onun sözlərinə görə, Macarıstan şirkətləri Qarabağ bölgəsində şəhər infrastrukturunun bərpasında, enerji təchizatının qurulmasında və kənd təsərrüfatı fəaliyyətinin başlanmasında iştirak edəcəklər.

Qeyd edək ki, fevralın 3-də Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib və azad edilən ərazilərdəki layihələrdə macar şirkətlərinin iştirakı müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR