2023-cü ilin yanvar-sentyabr ayları ərzində Macarıstan Azərbaycan iqtisadiyyatına 143 milyon 599 min dollar investisiya qoyub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə və ya 87.7 milyon dollar artıb. Ötən ilin müvafiq dövründə Macarıstandan Azərbaycana 55 milyon 824 min dollar investisiya yönəldilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana cəlb edilən birbaşa investisiyaların ümumi həcmi 4 milyard 372.2 milyon dollar olub.